Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi 2018-ci ildən bəri korrupsiya və rüşvətxorluqla mübarizə adı altında çoxsayılı həbslərə imza atıb. Bəzi erməni politoloqlar bu həbslərin korrupsiya və rüşvətxorluqla mübarizə adı altında Paşinyan hökumətinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini iddia edir. Son olaraq Ermənistan səhiyyə nəzarəti qurumunun departamentinin rəhbəri Kristina Abramyan həbs edilib. Kristina Abramyan korrupsiyada ittiham olunur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi şərhçi Mətin Məmmədli bildirib ki, bu cür həbslər Paşinyan iqtidarının daha da gücləndirilməsinə xidmət edir:
“Paşinyan hakimiyyətə gəldikdən sonra həm siyasi rəqiblərinə, həm də öz təyin etdiyi kadrlara qarşı sərt reaksiyalar olduqca tez-tez müşahidə olunur. Bu birbaşa olaraq Paşinyanın ölkə daxilində mövqeyinin gücləndirilməsi məqsədi ilə atılan addımlardır. İkinci Qarabağ müharibəsində Ermənistanın ağır məğlubiyyətindən sonra ölkədə siyasi böhran yarandı və hələ də davam edir. Bu isə Paşinyan hakimiyyətini ciddi mənada laxlatdı. Hesab edirəm ki, Paşinyan bu həbslərlə öz siyasi mövqeyini və gücünü göstərməyə çalışır. Bu hazırki Ermənistan baş nazirinin güc nümayişidir”. pizza sifarişi
Mətin Məmmədli bu cür siyasi həbslərin davamlı olacağını qeyd edib.
“Siyasi həbslərin artması ehtimalı böyükdür. Əgər Paşinyan uzun müddətdir bu kursu götürübsə, deməli davamlı olacaq. Məlum olduğu kimi, Ermənistan daxilində Paşinyana qarşı çox ciddi qüvvələr var. Həmin qüvvələri zəiflətmək üçün Paşinyan bu kursu daha bir müddət davam etdirəcək”.
Nazim Hacıyev
Telegram kanalımız