Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyanın dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb. Paşinyan bu dəyişikliyin Azərbaycan və Türkiyə ilə qalıcı sülhün bərpa olunması istiqamətində olduqca önəmli olduğunu vurğulayıb. Digər tərəfdən, Prezident İlham Əliyev deyib ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər. Analitiklər də hesab edirlər ki, bu dəyişiklik hətta Türkiyə-Ermənistan sərhədinin açılmasına gətirib çıxara bilər.
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında politoloq Zaur Məmmədov da Ermənistan konstitusiyasında ərazi iddiaları ilə bağlı müddəaların mütləq çıxarılmalı olduğunu qeyd edib:
“Üçtərəfli bəyanatın imzalanmasından sonra bölgədə yeni reallıq yaranıb. Azərbaycan və Ermənistan arasında başlayan danışıqların nəticəli olması üçün ən vacib məqamlardan biri məhz sülh müqaviləsidir. Buna görə də Ermənistan yeni dövlətçilik mərhələsinə keçməlidir. Qondarma dövləti olan xalq öz respublikasını Azərbaycan torpaqları hesabına qurub. Sonrakı mərhələlərdə Azərbaycan torpaqları hesabına ərazisini genişləndirib. 1991-ci ildə müstəqillik əldə etmiş Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları kifayət qədərdir. Bu, təkcə konstitusiyada deyil, parlamentin müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda da öz əksini tapıb”. pizza mizza
Politoloq qeyd edib ki, Ermənistanın öz gələcəyi üçün belə dəyişikliyə ehtiyacı var.
“Sülh müqaviləsi imzalanarsa belə, Ermənistan müxtəlif bəhanələrlə torpaq iddialarını davam etdirə bilər. Müqavilə imzalamaq Ermənistanın öhdəliyidir və gələcəkdə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu müqaviləyə əməl etməyə məcburdur. Eyni zamanda, Ermənistanın gələcəyə olan baxışı dəyişməlidir ki, Cənubi Qafqazda sabitlik və sülh əldə olunsun. “Böyük Ermənistan” düşüncəsi ləğv edilməli və zibilliyə atılmalıdır”.
Nazim Hacıyev
Telegram kanalımız