Paşinyan seçimini etdi - “Artıq Azərbaycan və Türkiyə ilə...”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan seçimini etdi - “Artıq Azərbaycan və Türkiyə ilə...”

Siyasət

16 Mart 2024 21:44 17346


Ermənistan avqustun 1-dək Rusiya sərhədçilərini İrəvandakı “Zvartnots” beynəlxalq hava limanından çıxarmağa çalışır.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Vadim Muxanov deyib.

“Artıq “Zvartnots”da Rusiya sərhədçilərinə ehtiyac olmadığı barədə İrəvandan verilən bəyanat kifayət qədər simvolikdir, izahat tələb edir. Mənə elə gəlir ki, bu, KTMT-də iştirakın dayandırılmasından daha vacib siqnaldır. Sərhədçilərlə bağlı müzakirələr göstərir ki, Ermənistan ikitərəfli münasibətlərin hazırkı səviyyəsini daha da pisləşdirə bilər ”, - ekspert bildirib. Dördpendirli pizza

Politoloq Andrey Areşev də söyləyib ki, İrəvan xarici siyasətinin mövcud arxitekturasına yenidən baxmağa çalışır. Onun sözlərinə görə, Ermənistan Qərbə sədaqətini göstərmək üçün taktiki məsələləri həll edir, İrəvanı Moskvadan uzaqlaşdıracaq addımlar atmağa cəhd göstərir.

“Paşinyanın komandasından geosiyasi vektoru dəyişdirmək üçün yeni cəhd görürük.

Ermənistanın regiondakı qonşuları ilə əlaqələrin qurulması istiqamətindəki ciddi səyləri də diqqət çəkir. İrəvanın hərəkətlərinin çoxu onun coğrafi mövqeyi ilə bağlıdır, Ermənistan Türkiyə və Azərbaycanın logistika və digər layihələrinə inteqrasiya etməyə çalışır”, - Areşev vurğulayıb.

Rusiyalı ekspertlərin fikrincə, İrəvanın bu və bir sıra digər addımları Ermənistanın NATO ilə yaxınlaşma ilə bağlı hipotetik planlarını da gündəmə gətirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vuqar Məmmədov
    Nikol agıllı adamdır, o, Türkiyə, Azərbaycan, Gürcüstan xəttini tutacaq, sui-qəsdə düçar olmasa, bu yol Ermənistanın sürətlə inkişaf etməsinə güclü təkan verəcək!
    2 years ago