“Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” - Manukyan

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” - Manukyan

Siyasət

16 Yanvar 2021 23:19 1469


"Ermənistan ordusunun bərpa olunmasına ən azı 2-3 il vaxt lazımdır, amma bu vaxt ərzində hərbi əməliyyatlara gedəcək axmaq tapılmayacaq".

Yenisabah.az xəbər verir ki bu barədə “news.am” saytı məlumat yayıb.

Ermənistanın Vətənin qurtuluşu üzrə Hərəkatından ölkənin baş naziri vəzifəsinə namizəd Vazgen Manukyan deyib. pizza mizza

"Bəzən deyirlər: əgər Nikol Paşinyan vəzifədən getsə, başqaları gəlsə, müharibə yenidən başlayacaq. Xeyr, belə ordu ilə kim müharibəyə başlayacaq?”, - o deyib.

Vazgen Manukyan bildirib ki, Ermənistan orduya malik olmalıdır, bunsuz dövlət ola bilməz.

Onun sözlərinə görə, rəsmi Yerevan son zamanlar Rusiya, Çin və İranla bağlı yanlış diplomatik siyasət yürüdüb. "Bütün bunlar ABŞ-ın xoşuna gəlmək üçün hazırlanırdı, bəs biz nəticədə nə əldə etdik? Heç nə, hər şey itirildi, yad oyunun oyuncağı oldu”.

Vazgen Manukyanın sözlərinə görə, Ermənistan Türkiyə ilə dostluq münasibətləri qurmalıdır. Ona görə ki, siyasi riyaziyyat bunu tələb edir.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!