Paşinyandan son dəqiqə açıqlaması: Razılaşma yoxdur 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan son dəqiqə açıqlaması: Razılaşma yoxdur 

Siyasət

20 Mart 2024 17:50 2174


Delimitasiya prosesində istifadə edilməli olan xəritələrlə bağlı Ermənistanla Azərbaycan arasında heç bir razılaşma yoxdur. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə "hökumət saatı"nda deyib.

“Hazırda Ermənistanla Azərbaycan arasında xəritələrlə bağlı heç bir razılaşma yoxdur. Ermənistan Respublikası və Azərbaycan Respublikasının Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması barədə razılıq var. Və belə bir anlayış var ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi olmalıdır”, - Paşinyan vurğulayıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!