Ötən gün Ermənistan parlamentində Nikol Paşinyanla hakim partiyanın deputatları arasında qapalı görüş baş tutub. Bu barədə “Joxovurd” qəzeti yazıb. Erməni nəşri mövzunun davamında qeyd edib ki, Paşinyan Münxen danışıqlarında heç bir mövzuda irəliləyişin əldə olunmadığını bildirib. Lakin Ermənistan baş naziri bundan öncəki çıxışında Almaniyada baş tutan görüşdə müxtəlif məsələlərlə bağlı mühüm irəliləyişin əldə olunduğunu bildirmişdi.
Paşinyanın təzadlı çıxışları ilə bağlı Yenisabah.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, bu baş nazirin qərbdəki havadarlarının sifarişidir.
“Nikol Paşinyanın Ermənistandan mediasında bir-birinə uyğun olmayan bəyanatlarını görməkdəyik. Əlbəttə bu bəyanatın fərqli çərçivədə olması onun göstəricisidir ki, Nikol Paşinyanla onun yeni havadarları Azərbaycana qarşı öz planlarını qurublar. Paşinyan əslində bu yaxud digər məsələrdə Azərbaycanı günahlandırır, ancaq görünən odur ki, sülh müqaviləsi ilə bağlı ortaq məxrəcə gəlinməməsində elə məhz onun özü təqsirkardır. Əgər Paşinyan irəliyə yönümlü bir addım istəyirsə, referendumu vaxtında elan etməlidir. Bundan sonra erməni xalqı necə yaşamaq istəyir özü qərar erəcək. Nə qədərki bu olmayıb, danışıqların da nəticəsinin necə olacağı hamıya məlumdur. Bu yaxınlarda xarici işlər nazirlərinin Berlin görüşü olacaq”. Dördpendirli pizza
Politoloq qərb ölkələrinin Azərbaycanın maraqlarını nəzərə almadan regionda güclənə bilməyəcəklərini diqqətə çatdırıb:
“Məlum olduğu kimi, Fransanın Azərbaycan tərəfindən rədd edilməsindən sonra Almaniya faktiki olaraq qərbin vasitəçisi rolunu oynayır. Tədbirin təşkilatçısı qismində də məhz Almaniya çıxış edir. Amma digər tərəfdən onlar bilməlidir ki, cənubi Qafqazda Azərbaycanın maraqlarını nəzərə almadan öz geosiyasi mövqelərini gücləndirə bilməyəcəklər. Hətta müəyyən bəyanatlar səsləndirilsə də, rəsmi Bakı onların nə istədiklərinin fərqindədir. Qərb Nikol Paşinyan hakimiyyətini nə olursa olsun qoruyub saxlamağı əsas məqsəd kimi ortaya qoyub. Görünən odur ki, qərb Ermənistanla Azərbaycan arasında münaqişə yaradaraq, regionda qeyri-sabit mühit yaratmaq istəyir. Amma Ermənistan tərəfi də bilməlidir ki, bu cür təxribatlara Azərbaycan tərəfi adekvat və qəti şəkildə cavab verəcək”.
Nazim Hacıyev
Telegram kanalımız