Paytaxtın bu ərazilərində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sosial

17 Dekabr 2024 22:52 468


“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Səngəçal” yüksək təzyiqli magistral qaz kəmərinin 3-cü km-də, “Semzavod” və “Sənqəçal” QPS-lərdə, “Gips Zavodu” ölçü qovşağında yaranmış qaz sızmalarınin ləğvi məqsədilə 18.12.2024-cü il saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bununla əlaqədar Qaradağ rayonunun Bağlar və Yeni Evlər massivlərinin, Sahil, Umbakı, Əzimkənd və Səngəçal qəsəbələrinin, Yol evləri, Bağ evləri adlanan yasayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Dördpendirli pizza

Həmçinin Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan Nəsimi rayonunun Moskva prospektinin qaz təchizatında fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!