Peqov Ukraynada yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Peqov Ukraynada yaralandı

Hadisə

23 Oktyabr 2022 20:25 1160


Oktyabrın 23-də Rusiyanın aparıcı təbliğatçısı Semyon Peqov Donetsk yaxınlığında yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Peqovun təbliğat layihəsi olan WarGonzo Twitter-də məlumat yayıb.

“Təcili! Semyon Peqov Donetsk yaxınlığında yaralanıb. Ətraflı məlumat tezliklə”, – tvitdə deyilir. Sezar pizza

Rusiya Telegram kanallarının məlumatına görə, Peqov ayağından yaralanaraq xəstəxanaya yerləşdirilib. “Tipik Donetsk” kanalının məlumatına görə, Peqovda sağ ayağın I-II barmaqlarının açıq sınığı, ayağın plantar hissəsinin kəsikləri var. Xəsarət Vodyanı rayonunda alınıb.

Qeyd edək ki, Semyon Pegov rusiyalı jurnalist, təbliğatçı və yazıçı, hərbi mövzuları və münaqişələri işıqlandıran WarGonzo layihəsinin yaradıcısıdır. O, həmçinin Rusiya xüsusi xidmət orqanlarına bağlı öz Telegram kanalını da saxlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!