Pirallahıda 20 yaşlı oğlan qətlə yetirildi 

saytların hazırlanması

Evə çatdırılma

Pirallahıda 20 yaşlı oğlan qətlə yetirildi 

Kriminal

15 İyun 2023 09:25 1092


İyunun 15-də saat 2 radələrində Pirallahı rayonunda 2003-cü il təvəllüdlü Murad Zaur oğlu Qafarzadənin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a DİN-in mətbuat xidmətindən bildirilib. 

Cinayət əməlini törətməkdə rayonun qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ramil Vaqif oğlu Niftəliyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.  pizza sifarişi

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. 

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!