Polis eks-prezidentə qarşı cinayət işi açdı

saytların hazırlanması

Evə çatdırılma

Polis eks-prezidentə qarşı cinayət işi açdı

Dünya

05 İyul 2024 13:59 624


Polis Səudiyyə Ərəbistanı hakimiyyətinin bağışladığı zinət əşyaları ilə bağlı aparılan istintaq çərçivəsində Braziliyanın keçmiş prezidenti Jair Bolsonaroya qarşı ittiham irəli sürüb.

Yenisabah.az G1-a istinadla xəbər verir ki, siyasətçi dövlət əmlakını mənimsəməkdə, cinayətkar sui-qəsddə və çirkli pulların yuyulmasında şübhəli bilinir.

Polis istintaqa qədər Bolsonaronun saxlanması üçün order tələb etməyib. İş üzrə daha 11 nəfərə qarşı ittiham irəli sürülüb. Dördpendirli pizza

2021-ci ilin oktyabrında Bolsonaro administrasiyasının əməkdaşı Səudiyyə Ərəbistanı hakimiyyətinin krallığa səfərindən əvvəl prezidentə təqdim etdiyi 3,2 milyon dollar dəyərində zinət əşyalarını gizli şəkildə Braziliyaya idxal etməyə cəhd edib. Gömrük zinət əşyalarını 1 min dollardan artıq (qiymətin 50%-i) idxal zamanı alınan rüsumun ödənilməməsinə görə müsadirə edib. Bolsonaronun prezidentlik müddəti bitməzdən əvvəl onun administrasiyasının üzvləri zinət əşyalarının geri qaytarılması üçün bir neçə dəfə cəhd ediblər.

2023-cü ilin martında Braziliyanın Federal Auditorlar Məhkəməsi Bolsonaronu Səudiyyə Ərəbistanı və BƏƏ hakimiyyətlərindən aldığı hədiyyələri dövlətə ötürməyə məcbur edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!