Polis niqabda “kişi” əli olan şəxsin kimliyini müəyyən etdi – Bakıda 

saytların hazırlanması

Evə çatdırılma

Polis niqabda “kişi” əli olan şəxsin kimliyini müəyyən etdi – Bakıda 

Sosial

19 Oktyabr 2020 13:40 7026


Son bir neçə gündə “Facebook”da Bakının İzmir parkındakı skamyada oturan qara niqablı qadının fotosu paylaşılır.

Qadının qeyri-təbii dərəcədə kobud və iri əli şəbəkə istifadəçilərinin diqqəti çəkib. Fotoşəkildə üzü görünmədiyi üçün istifadəçilər onun hər hansı bir terror aktı törətmək niyyəti ilə qadın kimi maskalanmış kişi olduğunu iddia ediblər.

Vəziyyəti aydınlaşdırmaq və bütün şübhələrə son qoymaq üçün Oxu.Az-ın müxbiri hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.    Pepperoni pizza

Məlum olub ki, Bakının Yasamal Rayon Polis İdarəsinin əməkdaşları dərhal sosial şəbəkədəki məlumatları cavablandırıblar. 17 oktyabrda hüquq-mühafizə orqanlarının əməkdaşları niqablı, “müəmmalı” şəxs tapıblar. O, həqiqətən qadın imiş - yaxınlıqda yaşayan Zaqatala sakinidir.

“Onunla danışdıq. Evlidir, bəzən axşamlar İzmir parkında gəzir. Qadının əlləri bədən quruluşuna uyğundur. Buna görə, üzünü dini geyimlə gizləyən kişi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, - deyə hüquq-mühafizə işçiləri bildirib.

Polis əməkdaşlarının sözlərinə görə, istənilən cinayətinin qarşısını almaq üçün gecə-gündüz ərazini və bütün şübhəli şəxsləri yoxlayırlar. Bununla belə, polis vətəndaşları diqqətli olmağa çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!