Polis şəhidin bacısından ÜZRXAHLIQ ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Polis şəhidin bacısından ÜZRXAHLIQ ETDİ

Hadisə

12 Oktyabr 2022 14:50 1661


Ötən gün metronun “Sahil” stansiyasının yaxınlığında yol polisi əməkdaşı Aysel Süleymanovanın idarə etdiyi “Subaru” markalı avtomobili saxlayaraq şəhid qardaşı Fərhad Babayevin şəklini qoparıb. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə günü axşam YPX əməkdaşı üzrxahlıq üçün şəhidin və valideynlərinin evinə yollanıb.

Polis əməkdaşları baş verən hadisə ilə əlaqədar şəhid ailəsinin könlünü xoş edərək yaranmış gərginliyi aradan qaldırıblar. Pepperoni pizza

Bu gün isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev də şəhid ailəsini qəbul edib və onlarla söhbət aparıb.

Qeyd edək ki, şəhid Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ildə Bakıda anadan olub. O, 24 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində şəhid olub. Özəl sektorda sürücü kimi fəaliyyət göstərən Fərhad Vətən Müharibəsi başlayanda - 28 sentyabr 2020 ci il tarixində SHXÇDX-ın Suraxanı bölməsi tərəfindən səfərbər edilməklə cəbhə bölgəsinə aparılıb. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!