Ukraynanın Rusiya üçün yaratdığı problemləri Azərbaycan İran üçün də yaradır.
Yenisabah.az xəbər verir ki, Bu barədə erməni politoloq Stepan Danielyan "Facebook" səhifəsində yazıb.
O qeyd edib: “Ukrayna və Azərbaycanın dövlət siyasəti millətçilik üzərində qurulub, onun ifrat təzahürləri çox vaxt nifrət təbliğatına əsaslanır. pizza hut
Əgər Ukrayna rus dövlətçiliyinin Ukraynada, Kiyevdə yarandığına inanırsa, Azərbaycan da hesab edir ki, türklər VII əsrdə ərəb basqınlarından sonra süquta uğramış tarixi İranın xarabalıqları üzərində İranı birləşdiriblər. Üstəlikj ondan əvvəl türk tayfaları orada hökmranlıq ediblər, yəni onlar İranda dövləti yaradan etnik qrupdurlar.
Rusiya və İran çoxmillətli imperiyalar, Azərbaycan və Ukrayna isə millətçilik əraziləridir. Ukrayna anti-Rusiya olduğu kimi, Azərbaycan da anti-İran olub.
Bunlar imperiyalar və millətçi layihələr arasında ziddiyyətlərdir və mahiyyət etibarı ilə uyğun gəlmir.
İran və Azərbaycan arasında münaqişə əvvəlcədən müəyyən edilib, məsələ cəlb olunan qüvvələrin vaxtı və tərkibindən gedir”.
Telegram kanalımız