Prezident 4 il əvvəl demişdi ki...

saytların hazırlanması

Evə çatdırılma

Prezident 4 il əvvəl demişdi ki...

Siyasət

07 Mart 2024 11:46 697


2020-ci il mart  ayının 10-da müstəqillik  tarixində ilk növbədənkənar parlament seçkiləri keçirilmişdir. Seçkilərin  keçirilməsinin  əsas səbəbi ölkədə aparılan islahatları  sistemli şəkildə dərinləşdirmək və Milli Məclisin fəaliyyətini  təkmil  şəkildə təşkil  etmək olmuşdur. Növbədənkənar keçirilən seçkilərlə bağlı Avropa İttifaqı tərəfindən göstərilən münasibət seçkilərin tanınması deməkdir. Demokratik şəkildə keçirilən  seçkilərdə müxalifət partiyalarının nümayəndələri də təmsil olunmuşdur ki, bu siyasi münasibətləri sağlam zəmində möhkəmləndirməyə xidmət edir.

Milli Məclis qarşısında duran əsas məsələlərdən biri qanunvericilik sahəsində lazımi addımların atılmasıdır. Bu sahədə deputatların qarşısında bir sıra böyük vəzifələr qoyulmuşdur. Yeni tərkibi formalaşan Milli Məclis yeni təkanlar verəcək, qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir. Vəzifələrin icrası üçün bir sıra yeni qanunlar qəbul edilməlidir. Eyni zamanda milli dəyərlərimiz və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da genişləndirilməlidir. Milli Məclisin üzvləri daim fəal olmalı, seçicilərlə  təmas qurmalı, bir sözlə mənəvi cəhətdən qüsursuz olmalıdır. Ölkəmizə qarşı qərəzli bəyanatlar verilən qurumlarda  mövqelərimizi gücləndirməli, ölkə xaricində anti-Azərbaycan qüvvələr yaratmaq  istəyənlərin niyyətləri puça çıxmalıdır. Çünki bu, dövlətə qarşı edilən  cinayətdir. İqtisadi sahədə inkişafla bağlı Milli Məclis  bir sıra yeni  addımlar atmalıdır. Radikalizmə qarşı mübarizə  genişləndirilməlidir. Müsəlman  ölkələri arasında  böyük nüfuza  malik olan ölkəmiz qonşu ölkələrlə sağlam, işgüzar münasibətlərini qoruyub saxlamalıdır.

Nuranə Hüseynova  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!