Prezident bu Fərmanda dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident bu Fərmanda dəyişiklik etdi

Siyasət

04 Fevral 2021 20:47 1286


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Yenisabah.az-ın məlumatına görə, Fərmanla Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 dekabr tarixli 1210 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilir:

6.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.5-1-ci yarımbənd əlavə edilsin: Marqarita pizza

“6.5-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müəyyən etdiyi giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi.”.

Aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilir:

“12-1. Bu Fərmanın 4-cü, 5-ci, 7-ci və 8-ci hissələri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təyin edildiyi ərazilərə şamil edilmir.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!