Prezident: Danışıqlar sülh sazişinin imzalanması ilə başa çatacaq

saytların hazırlanması

Evə çatdırılma

Prezident: Danışıqlar sülh sazişinin imzalanması ilə başa çatacaq

Siyasət

11 Mart 2024 17:08 597


Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, bu proses (Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları - red) sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə dövlət başçısı martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.

"Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemeleviçə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq", - Azərbaycan lideri qeyd edib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!