Prezidentdən mühüm fərman

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən mühüm fərman

Siyasət

28 Yanvar 2021 18:18 1341


Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əlavələr edilib.  

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərman Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunan protokollarla əlaqədardır. pizza hut

Sənədin əvvəlki variantına əsasən, İnzibati Xətalar Məcəlləsinin 221.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Qida Təhlükəsizliyi Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmələrin rəhbərləri həyata keçirir.

Fərmanla “bölmələrin rəhbərləri” sözləri “bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözləri ilə əvəzlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!