Prezidentin köməkçisi ermənilərin yaraladığı 10 aylıq Zəhranın fotosunu paylaşdı

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisi ermənilərin yaraladığı 10 aylıq Zəhranın fotosunu paylaşdı

Sosial

06 Oktyabr 2020 11:55 1348


Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəlüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb.

Yenisabah.az xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri tvitter hesabında “Gəncə güclüdür” həştəqindən istifadə edərək qeyd edib:

“Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!