Prezidentin yüksək vəzifəyə təyin etdiyi Məsim Məmmədovla bağlı   MARAQLI MƏLUMATLAR

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Məsim Məmmədovla bağlı MARAQLI MƏLUMATLAR

Siyasət

13 Mart 2024 22:41 2397


Bu gün Məsim Əhməd oğlu Məmmədov Laçına Prezidentin xüsusi nümayəndəsi təyin edilib.

Yenisabah.az xəbər verir ki, Məsim Məmmədov Bakının Novxanı qəsəbəsində dünyaya gəlib.

1990-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (Neft və Kimya institutu) bitirib. Dominos pizza

Həmin dövrdə Məsim Məmmədov həmçinin keçmiş Neft və Kimya İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində işləyib.

1990-1992-ci illərdə Məsim Məmmədov keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Ali Məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 1992-ci ildə o, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətə başlayıb.

Daha sonra M.Məmmədov 1999-cu ildə NATO sülhməramlı qüvvələrinin çətiri altında Azərbaycan sülhməramlı heyətinin tərkibində Kosovoda xidmət göstərib. Sonrakı illərdə isə Məsim Məmmədov Azərbaycanın beynəlxalq təşkilatlardakı missiyasında çalışıb.

Son dövrlərdə isə o, iqtisadiyyat nazirinin müşaviri vəzifəsində işləyib. Məsim Məmmədov Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.

Rus, fransız və ingilis dillərini bilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!