Prezidentliyə namizəddən seçkilərlə bağlı ilk açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Prezidentliyə namizəddən seçkilərlə bağlı ilk açıqlama

Siyasət

07 Fevral 2024 10:41 549


“Ümid edirəm ki, bu seçkilər Azərbaycanda yeniləşmə prosesinin və islahatların başlanğıcı olacaq. Kim xalqın səsi və iradəsi ilə qalib gəlsə, o da Azərbaycanın gələcəyi üçün faydalı işlər görməyə davam etməlidir”. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edən Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bu seçkilər Azərbaycanda yeniləşmə dövrünün başlanğıcı kimi xarakterizə olunur: "Ona görə də insanlar vətəndaşlıq borcunu yerinə yetirərək seçki məntəqəsinə gəlib səs verməlidirlər. Bütövlükdə Azərbaycan cəmiyyətinin problemləri hələ bitməyib. Qələbə qazansaq da, hələ də Azərbaycanın üzərində basqılar var, təhlükələr qalmaqdadır. Nəticədən asılı olmayaraq, həmrəylik və birliyimizi qorumalıyıq. Azərbaycanın gələcəyi üçün hamı əl-ələ verib daha yaxşı və rifah içərisində yaşamağımızı təmin edən cəmiyyətə qovuşmağa dəstək olmalıyıq". pizza hut

Fazil Mustafa vurğulayıb ki, seçki ilə bağlı yaradılan şərait normaldır: "Bəzi xırda texniki problemlər olsa da, ümumilikdə siyasi qüsurlar yoxdur. İnsanlar azad şəkildə səsvermə hüququndan istifadə edə bilir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!