Prokuror general Bəkir Orucova 12 il həbs istədi

saytların hazırlanması

Evə çatdırılma

Prokuror general Bəkir Orucova 12 il həbs istədi

Kriminal

24 Avqust 2023 17:15 1052


“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi davam etdirilib. 

Yenisabah.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Bəkir Orucovun və Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Pepperoni pizza

Vəkillərə müdafiə çıxışı üçün sentyabrın 14-nə kimi vaxt verilib.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!