Prokurorluq pambıq zavodunun atəşə tutulması ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq pambıq zavodunun atəşə tutulması ilə bağlı məlumat yaydı

Sosial

19 Oktyabr 2020 17:55 1189


Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalini, mülki infrastruktur obyektlərini ağır artileriya və raket atəşinə tutmaqda davam edir.

Baş Prokurorluqdan "Yeni Sabah"a bildirilib ki, 19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 16 radələrində rayonun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş verib. pizza

Hazırda prokurorluq əməkdaşları tərəfindən yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!