Prokurorluqdan minaya düşən ANAMA əməkdaşıyla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluqdan minaya düşən ANAMA əməkdaşıyla bağlı açıqlama

Hadisə

30 Avqust 2022 12:03 811


Avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb. 

Bu barədə Yenisabah.az-a Qubadlı rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. pizza

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!