Psaki: “Rusiya təyyarələrini vurmalı olacağıq“

saytların hazırlanması

Evə çatdırılma

Psaki: “Rusiya təyyarələrini vurmalı olacağıq“

Dünya

17 Mart 2022 09:36 727


"ABŞ üçüncü dünya müharibəsinə başlamaq istəmir".

Yenisabah.az "Amerikanın səsi"nə istinadla xəbər verir ki, Ağ Evin sözçüsü bunu Cen Psaki bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin üzvləri qarşısında çıxışı zamanı Ukrayna üzərində uçuşa qadağa zonası rejiminin yaradılmasına çağırıb. pizza sifarişi

Psaki qeyd edib ki, Vaşinqtonun imtinası ABŞ-ın milli təhlükəsizliyinin maraqları ilə bağlıdır:

“Əvvəlcə dediyimiz kimi: uçuşa qadağa zonası bizdən və NATO-dan Rusiya təyyarələrini potensial olaraq vurmağı tələb edəcək. Biz Üçüncü Dünya müharibəsinə qarışmaqda maraqlı deyilik”.

Psaki aydınlaşdırıb ki, ABŞ Ukraynada humanitar və hərbi uçuşa qadağan zonaları arasında fərq görmür, çünki hər iki variant münaqişənin daha da genişlənməsinə gətirib çıxaracaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!