“Minlərlə gənc var ki, təhsil haqqına görə ali məktəblərə getmir. Çünki ölkədə təhsil haqqı çox yüksəkdir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov ötən gün fotosu ilə sosial şəbəkələri bəzəyən 19 yaşlı topçumuz Vüsal Şahkərimov haqqında paylaşdığı postunda qeyd edib:
“Saytları bəzəyən 19 yaşlı topçu əsgərimizi hər birimiz tanıyırıq artıq. İgidin atası İslam Şahkərimov bu barədə müsahibə verib. Müsahibənin bu hissəsi diqqətimi çəkdi: Sezar pizza
“Məktəbdə çox yaxşı oxuyurdu. Nizamlı uşaq idi. Həm də çox sakit, tərbiyəli... Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə verdi. Amma ödənişliyə düşdü. Düzü, onu oxutmağa imkanımız olmadı. Elə özü də dedi ki, əsgər gedim, qayıdanda pulsuza düşüb oxuyacam”. Belə minlərlə gənc var”.
Telegram kanalımız