Putin ehtiyatda olan hərbçiləri toplanışa çağırdı   - Müharibə başlayır?

saytların hazırlanması

Evə çatdırılma

Putin ehtiyatda olan hərbçiləri toplanışa çağırdı - Müharibə başlayır?

Dünya

19 Fevral 2022 09:13 1154


Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan Rusiya vətəndaşlarının 2022-ci ildə hərbi toplanışa çağırılması haqqında fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Sənəddə deyilir: pizza mizza

“2022-ci ildə ehtiyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın”.

Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları toplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!