“Putin həzz almaq üçün əlindən gələni edəcək“   - Conson

saytların hazırlanması

Evə çatdırılma

“Putin həzz almaq üçün əlindən gələni edəcək“ - Conson

Dünya

15 Mart 2022 10:36 622


Böyük Britaniyanın baş naziri Boris Conson deyib ki, Rusiya neftindən və qazından imtina etmək Avropa ölkələri üçün çətin olacaq.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Boris Consonun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin vəziyyətini yaxşı bilir və Ukraynada müharibəni dayandırmamaqla şantaja davam edir.

“Dünya bu şantaja məruz qalmaqda davam edə bilməz. Nə qədər ki, Qərb Putindən iqtisadi asılıdır, o, bu asılılıqdan həzz almaq üçün əlindən gələni edəcək. Və buna görə də belə asılılığa son qoyulmalıdır”, - Conson deyib. pizza

Britaniyanın baş naziri vurğulayıb ki, ölkəsi ABŞ kimi Rusiya neftinin idxalını qadağan etməyi planlaşdırır.

Onun fikrincə, Rusiyanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etməyin yeganə yolu böyük miqdarda Rusiya karbohidrogenlərinin istehlakını dayandırmaqdır: “Etiraf etməliyik ki, belə bir addım ağrılı olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!