Putin müharibə qərarını belə elan etdi – Video

saytların hazırlanması

Evə çatdırılma

Putin müharibə qərarını belə elan etdi – Video

Dünya

24 Fevral 2022 08:28 3044


Rusiya prezidenti Vladimir Putin bu gün fevralın 24-də səhər saatlarında televiziya ilə xalqa müraciət edərək “Donbassın müdafiəsi üçün xüsusi hərbi əməliyyatın keçirilməsi” barədə qərar qəbul etdiyini bildirib.

Putin müraciətində “Rusiya üçün təhdid yarada biləcək xarici qüvvələri” də hədələyib. Onun sözlərinə görə, Rusiyanın belə təhdidlərə cavabı ləngiməyəcək.

 “Biz hadisələrin istənilən inkişafına hazırıq. Bütün zəruri qərarlar qəbul edilib”,-Putin xəbərdarlıq edib. Dördpendirli pizza

Putin onu da deyib ki. NATO-nun hərb maşını Rusiyanın sərhədlərinə yaxınlaşır. Onun sözlərinə görə, Rusiya 30 il ərzində NATO-nun şərqə doğru genişlənməməsi üçün anlaşmağa çalışıb, amma yalan, təzyiq və şantajla qarşılaşıb.

Putin müraciətində “Ukraynanı işğal etmək niyyətlərinin olmadığını” da deməyi unutmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!