Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana ikigünlük işgüzar səfərə gəlib. Səfər bir çox baxımdan diqqət çəkir.
Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanın şimal qonşusu ilə münasibətləri dərinləşdirir. Bunu Baş nazir Əli Əsədov da deyib:
“Azərbaycan Rusiya ilə əlaqələri daha da gücləndirmək niyyətindədir. Bu, Bakı üçün mühüm prioritetlərdən biridir”. Pepperoni pizza
Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana səfərinin məqsədi nədir? İndiki həssas və həlledici dönəmdə səfər regiona nə vəd edir?
Mövzu ilə bağlı Globalinof.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Azərbaycan-Rusiya münasibətləri dərinləşməlidir:
“Bu, yeni dövrün tələbidir. İndiki məqamda iki ölkənin münasibətlərinin inkişaf etməsi və şaxələnməsi Azərbaycanın daxili, milli maraqları, təhlükəsizliyi, ərazi bütövlüyü, Cənubi Qafqazdakı geosiyasi vəziyyəti baxımından vacibdir.

Regional kommunikasiyaların açılaması, habelə şaxələnməsi baxımından da Rusiya faktoru olduqca vacibdir. Prinsip etibarilə iki ölkə arasında imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ilə münasibətlər tamam fərqli mərhələyə keçib.
2024-2025-ci illər planetar səviyyədə qlobal mərkəzlərin toqquşacağı dönəmdir. Bakı bu mübarizədə yerini müəyyən etmək və təhlükəsizliyini təmin etmək istəyir. Belə olan vəziyyətdə isə Türkiyə, Rusiya, Azərbaycan üçlüsü diqqət çəkir. Bakı üçlü birliyin inkişafına, ortaq hərəkətinə və qlobal mübarizədə yerinə önəm verir.
Bu baxımdan Rusiyanın Baş naziri Mixail Mişustin səfəri bir çox baxımdan diqqət çəkir. Səfər çərçivəsində bu və digər məsələlərə dair mühüm görüşlərin keçiriləcəyi istisna deyil”.
Prezident İlham Əliyev martın 6-da Rusiyanın Baş naziri Mixail Mişustini qəbul edib.
Telegram kanalımız