Rusiya Prezidenti Vladimir Putin rejissor Karen Şahnazarovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Yenisabah.az xəbər verir ki, bu barədə fərman hökumət portalında yayılıb.
“Milli mədəniyyətin və incəsənətin inkişafına verdiyi böyük töhfəyə, uzun illər səmərəli fəaliyyətinə görə "Mosfilm Kinokonserni" müəssisəsinin baş direktoru Karen Georgieviç Şahnazarov III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin”, - fərmanda bildirilib. pizza hut
Qeyd edək ki, Karen Şahnazarov erməni əsilli rejissor sayılsa da, o, babalarının azərbaycanlı - alban olduğunu, sonradan xristian dinini saxladıqları üçün erməni hesab edildiklərini bildirir./Axar.az
Telegram kanalımız