Putin Şimali Koreyaya getdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Şimali Koreyaya getdi

Dünya

18 İyun 2024 22:31 563


Rusiya prezidenti Vladimir Putin dövlət səfəri ilə Pxenyana gəlib və onu hava limanında Şimali Koreya lideri Kim Çen In qarşılayıb.

Yenisabah.az xəbər verir ki, Rusiya və Şimali Koreya arasında ikitərəfli münasibətlərin bütün tarixində bu, Rusiya dövlət başçısının ikinci səfəridir. Putin ilk dəfə 2000-ci ildə Pxenyana səfər edib.

Rusiya prezidentinin səfəri 2 gün davam edəcək. Marqarita pizza

Səfərin rəsmi hissəsi iyunun 19-da günorta saatlarında Putin və Kim Çen In arasında görüş mərasimi ilə başlayacaq.

Prezidentin köməkçisi Yuri Uşakov bundan əvvəl demişdi ki, səfər proqramı çox gərgindir, danışıqlar, o cümlədən geniş formatda, ən əsası isə Putinlə Kim Çen In arasında qeyri-rəsmi təkbətək ünsiyyət nəzərdə tutulur. 

Günün ikinci yarısında birgə sənədlərin imzalanması planlaşdırılır və danışıqlardan sonra Rusiya prezidenti və KXDR lideri mətbuata bəyanatla çıxış edəcəklər.

Bundan sonra Putin Vyetnama səfər edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!