“Putin Ukraynaya hücum qərarını artıq qəbul edib”

saytların hazırlanması

Evə çatdırılma

“Putin Ukraynaya hücum qərarını artıq qəbul edib”

Dünya

19 Fevral 2022 08:21 1749


ABŞ prezidenti Co Bayden Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı jurnalistlərin qarşısında çıxış edib:

"Bizim ehtimal etməyə əsasımız var ki, Rusiya gələn həftə, yaxın günlərdə Ukraynaya müdaxilə etməyi planlaşdırır. Biz hesab edirik ki, hədəflərdən biri də əhalisi 2.8 milyon olan Kiyev ola bilər”.

Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən ABŞ prezidenti deyib ki, onda olan məlumata görə Vladimir Putin Ukraynaya hücum qərarını artıq qəbul edib. Prezident bildirib ki, belə düşünmək üçün “ciddi əsaslar var”. Marqarita pizza

Bayden deyib ki, müdaxilə baş vermədikcə, “diplomatik tədbirlər nəzərdən keçiriləcək”. Prezident malik olduğu məlumatın mənbəyini açmayıb, sadəcə olaraq deyib ki, ABŞ-ın “ciddi kəşfiyyatı” var.

O əlavə edib ki, dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla gələn həftəyə təyin edilmiş görüşü də müdaxilə olmasa baş tutacaq. Onun sözlərinə görə hücum olsa, “diplomatiya qapıları çırpılacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!