Putin və Əliyevin görüş gündəliyi - Peskov açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Putin və Əliyevin görüş gündəliyi - Peskov açıqladı

Siyasət

22 Aprel 2024 13:32 566


Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev danışıqlar aparacaq.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bu gün əsasən Rusiya-Azərbaycan münasibətlərinə həsr olunub, Azərbaycan prezidenti Əliyev Moskvaya işgüzar səfərə gəlir. İki dövlət başçısı arasında söhbət Kremldə baş tutacaq, daha sonra iş səhər yeməyində davam etdiriləcək. Axşam saatlarında iki prezident veteran inşaat işçiləri və Baykal-Amur magistral xəttinin işçiləri ilə görüş keçirəcəklər”. pizza sifarişi

BAM əməkdaşları ilə görüş bu magistralın tikintisinə başlanmasının 50 illiyinə təsadüf edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!