Putin və Makron sabahkı Moskva görüşü barədə müzakirə apardı

saytların hazırlanması

Evə çatdırılma

Putin və Makron sabahkı Moskva görüşü barədə müzakirə apardı

Siyasət

10 Yanvar 2021 16:44 946


Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V. Putin və E. Makron sabah Moskvada Rusiya Prezidentinin təşəbbüsü və iştirakı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş barədə müzakirə aparıb. Dördpendirli pizza

Qeyd edilib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin koordinasiya edilməsi çərçivəsində Rusiya Prezidentinin fransalı həmkarı telefon danışığında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin icrası, regionda sülhün təmin olunması istiqamətində gələcəkdə atılacaq addımlar diqqət mərkəzində olub.

 E. Makron Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərinə dəstəyini ifadə edib. Tərəflər əsas diqqəti döyüşlərdən əziyyət çəkmiş əhaliyə humanitar yardımlara, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların roluna yönəldiblər.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!