Putini niyə məhz Paşinyan qarşıladı?

saytların hazırlanması

Evə çatdırılma

Putini niyə məhz Paşinyan qarşıladı?

Hadisə

24 Noyabr 2022 12:03 931


Noyabrın 23-də İrəvana gələn KTMT liderləri arasında Baş nazir Nikol Paşinyan şəxsən yalnız Rusiya prezidenti Vladimir Putini qarşılayıb. Digərlərini qarşılayan isə Baş nazirin müavini Mqer Qriqoryan olub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri qeyd edir ki, Putinin 2019-cu ildə Ermənistana əvvəlki səfəri zamanı Paşinyanın şəxsən onu qarşılamaq üçün hava limanına getməməsi qızğın müzakirələrə səbəb olmuşdu. Toyuqlu pizza

O zaman hakimiyyət və onların havadarları Paşinyanın “cəsarətli” addımına sevinərək, baş nazirin sələfləri kimi Rusiyanın qulu olmadığını bəyan etmişdi: “Ancaq müharibədən sonra Ermənistan hökuməti Rusiyayönlü dəstək arenasında “rekordlar” qırdı. Hətta görüşdən bir neçə gün sonra Baş nazir elan etdi ki, o, Soçi görüşü zamanı “Artsax”da yerləşən Rusiya sülhməramlıları missiyasının vaxtını qeyri-müəyyən müddətə uzadılmasını təklif edib. Maraqlıdır, bir zamanlar qatı anti-Rusiya mövqeyi ilə seçilən Baş nazirə indi nə olub?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!