Qadın paltarı geyinən kişi aktyorlar: “Camaat o qədər səviyyəsizdir ki...”

saytların hazırlanması

Evə çatdırılma

Qadın paltarı geyinən kişi aktyorlar: “Camaat o qədər səviyyəsizdir ki...”

Şou

25 Noyabr 2022 16:47 4757


Ötən əsrin əvvəllərində, aktrisaların olmadığı dövrdə qadın rollarını oynamaq üçün səhnəyə kişiləri çıxarırdılar. Bu anlaşılandır. Son vaxtlar isə kişi aktyorların qadın geyimində efirə çıxması, filmlərə çəkilməsi, şou-proqramlarda görünməsi az qala dəb halını alıb. Efir məkanında da bu vasitədən istifadə edərək tamaşaçı cəlb etməyə başlayıblar. 

Son aylarda telekanallardan birində veriliş aparmağa başlayan Əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimovun efirə qadın paltarında çıxması da birmənalı qarşılanmır.

Bəs görəsən, kişilərin qadın paltarında efirə, səhnəyə çıxması mütləqdirmi? Bu tendensiyanın genişlənməsi, kişi aktyorun arvad paltarı geyinməsi cəmiyyətdə hansısa fəsada yol aça bilərmi? pizza sifarişi

Mövzu ilə bağlı Yenisabah.az -a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bildirib ki, onlar artistdirlər və öz işlərini  yerinə yetirirlər. Rejissor burada pis nə isə olmadığını bildirib:

“Kişi aktyorların qadın paltarında səhnəyə çıxmasını tənqid edənlər bilmirəm hansı səviyyənin adamlarıdırlar, amma bilirəm ki, onların mədəniyyətdən, sənətdən qətiyyən xəbərləri yoxdur. Burada söhbət kişinin qadına çevrilməsi deyil, bu dramaturgiyanın tələbidir. O boyda Dastin Hoffman qadın rolunu oynayıb, bunu qadın aktrisa yoxdur deyə etmirlər ki. Bu əsərin, komediyanın tələbindən irəli gələn bir şeydir. Bunu bədii oyun kimi başa düşmək lazımdır. Camaat o qədər səviyyəsizdir ki, bunu anlamır. 

Mən xalqdan artıq dərəcədə xahiş edirəm, vaxtınız olanda kitab oxuyun, teatra gedin, kinoya baxın, şəhəri gəzməyə çıxın. Vəziyyət dəhşətdir, kimdən soruşuram ki, teatra gedirsənmi, kinoya baxırsanmı, muzeyə gedirsənmi cavabı “yox” olur. Camaat maariflənmir deyə belə şeyləri anlamır. İnsanlar aktyorlara görə narahat olmasınlar, onlar çevrilib qadın olmurlar, bu bir oyundur”.

Xalq artistinin sözlərinə görə, aktyorlar aparıcılıq etdiyi “MətBəxt” verilişində parodiya ilə məşğul olduqları üçün qadın paltarı geyinirlər:

“Rafaellə Coşqunun apardığı verilişdəki obrazları parodiyadır. Onlar kimisə parodiya edirlər. Bu bütün dünyada qəbul olunmuş bir janrdır və dünyada bu janrla məşhurlaşan çox böyük aktyorlar var. Bu məsələdə xalqın düşündüyü kimi heç nə yoxdur, yenə deyirəm, bu bir oyundur. Bu gün Azərbaycan televiziyasının daha ciddi problemləri var. Bəzi insanlar belə mövzularla bizi əsas problemlərdən yayındırmağa çalışırlar. Bizim əsas faciəmiz eybəcər verilişlərdir, səsi olmayan “müğənni”lərdir. Heç bir musiqi mədəniyyəti olmayan, Azərbaycan poeziyasını pis günə qoyanlardır. Əndrabadi gədələr, qızlar səhərdən axşamacan çıxıb efirlərdə ağızlarına gələni oxuyurlar. Oxumaq səslə, ritmlə olur. Onlarsa bütün bunları kənara qoyublar, biri baldırını, biri yanını, biri sinəsini göstərir. Hamısı da arxasını kadra çevirib göstərir. Biabırçılıqdır! Verilişlərin hamısında divan qoyublar, qızlarımız da maşallah, hamısı gödək geyinib otururlar, əndamları qalır bayırda. Bunlara niyə fikir verən yoxdur?! İndi aktyorların geyiminə görə narahat olublar?” 

Əsmətxanım RZAZADƏ 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!