Moskva yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Rusiyanın baş konsulluq açmaq niyyətindədir.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu dövlət katibi - Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.
“Ermənistanda baş konsulluğun açılması və Maldiv adalarında baş konsulluğun açılması ilə bağlı sərəncamlar verilib. İndi İndoneziyanın Bali adasında baş konsulluq açılacaq. Hazırda bu istiqamətdə işləyirik. Ümumiyyətlə, bu, kifayət qədər böyük təşkilati və texniki işdir”, - deyə nazir müavini qeyd edib. pizza mizza
Ermənistanda baş konsulluğun açılmasının təxmini müddətinə dair dəqiqləşdirici suala cavab olaraq diplomat bunun “yaxın gələcəkdə” gözlənildiyini bildirib.
Telegram kanalımız