Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli vəzifədaşı Burak Akçaparla Ukraynadakı münaqişənin diplomatik həlli və Cənubi Qafqazdakı vəziyyət mövzularında məsləhətləşmələr aparıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Ukrayna böhranı mövzusu, o cümlədən onun siyasi və diplomatik həlli perspektivləri müzakirə edilib. Bu kontekstdə ABŞ başda olmaqla, kollektiv Qərb Kiyev rejimini silahla gücləndirməyi dayandırmalı, Ukrayna rəhbərliyinin Rusiya ilə danışıqlara qoyduğu özünəqadağa aradan qaldırmalıdır”, - deyə XİN-in məlumatında vurğulanıb. Sezar pizza
Tərəflər Cənubi Qafqazdakı vəziyyətlə bağlı öz fikirlərini müqayisə edib, “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğulayıb və bunu ilk növbədə regional formatlar çərçivəsində təşviq ediblər”.
“Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətə qiymətlər verilib.
Telegram kanalımız