Qarabağ haqda hansı məxfi razılaşma var? – Lavrovdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ haqda hansı məxfi razılaşma var? – Lavrovdan açıqlama

Siyasət

18 Yanvar 2021 15:02 1167


Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında Qarabağ məsələsindən və 10 noyabr üçtərəfli razılaşmasından danışıb. “Yeni Sabah” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Lavrov Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan, Dağlıq Qarabağda döyüş əməliyyatlarını dayandıran həmin razılaşmaya heç bir “məxfi əlavə” mövcud olmadığını vurğulayıb.

Belə “məxfi əlavələrin” mövcud ola biləcəyi haqda indiyədək Ermənistanda hakimiyyətin opponentləri danışırdılar.

“Heç bir məxfi əlavələr yoxdur. Və mən bunu görmürəm ki, hansı mövzular hansısa “sirlərin” predmeti ola bilər”,-Lavrov deyib. pizza mizza

O, habelə Dağlıq Qarabağın Rusiyanın tərkibinə qatılmasının mümkünlüyü haqda təklifləri “ekzotik” adlandırıb. “Başa düşürəm, Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb, o cümlədən Ermənistan tərəfindən. Bizim heç buna yaxın gələn fikrimiz də yoxdur”,-nazir əlavə edib. Lavrov bildirib ki, Rusiya bundan sonra da regionda sülhün və stabilliyin təmin olunmasına yönələn həllin axtarılmasında Azərbaycana və Ermənistana kömək edəcək.

Rusiya xarici işlər naziri üçtərəfli razılaşmanın kifayət qədər effektiv yerinə yetirildiyini deyib və prezident Əliyevlə baş nazir Paşinyanın da belə qiymətləndirmə ilə çıxış etdiyini vurğulayıb.

Rusiya XİN rəhbəri həmin razılaşmada Dağlıq Qarabağın statusu məsələsinin yer almadığını xatırladıb. “Bu şüurlu şəkildə edilib. Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazi Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasıdır”,-Lavrov bildirib.

Rusiya xarici işlər naziri əsirlər barədə də danışıb. Deyib ki, əsirlər məsələsində əvvəlcə ermənilərin böyük problemi vardı. Hər iki tərəf itkin düşmüş adamların siyahısını tərtib etməliydi.

“Bu məsələ Azərbaycan və Ermənistan nümayəndələrinin Moskvada baş tutmuş davamlı diskussiyasının bir hissəsi olub. Əsirlər məsələsində daha çox problem erməni tərəfində yaranmışdı. Tərəflər siyahıları hazırladılar, Azərbaycan da siyahı verdi və o, böyük siyahı deyildi və hamısı dərhal olmasa da qaytarıldılar. Bundan sonra itkin düşmüş azərbaycanlılarla bağlı hansısa digər situasiya olmadı”,-Sergey Lavrov bildirib.

Rusiya xarici işlər naziri deyib ki, erməni tərəfi öz əsirlərinin siyahısını dərhal və tam təqdim edə bilmədi. / Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!