Qarabağda qələbə iki ölkənin xeyrinə oldu - Nazir

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda qələbə iki ölkənin xeyrinə oldu - Nazir

Siyasət

10 Yanvar 2021 09:38 959


"Azərbaycanın Qarabağı Ermənistanın işğalından azad etməsi Türkiyə xalqına təsvir oluna bilməyən bir sevinc bəxş etdi. "Bir millət, iki dövlət" deyimi var, bunu hər sahədə nümayiş etdirdik. Bunu son hadisələrdə də təsdiqlədik”.

Yenisabah.az xəbər verir ki, bunları Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

“Ticarətin inkişafı üçün mühüm imkanlar əldə edəcəyik. Naxçıvandan Azərbaycana dəhliz bunlardan biridir. pizza mizza

Hələ konkret inkişaf yoxdur. Keçmişdə istifadə olunan bəzi nəqliyyat xətləri də var. Bunlar gündəmə gələcək. Hər baxımdan bu qələbə hər iki ölkənin xeyrinə oldu", - deyə Türkiyənin Energetika və təbii sərvətlər naziri əlavə edib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!