Dağlıq Qarabağ mövzusu ATƏT Parlament Assambleyasının 20-ci qış sessiyasında müzakirə oluna bilər.
Yenisabah.az xəbər verir ki, bunu ATƏT-in nümayəndəsi deyib.
O bildirib ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak üçün qeydiyyatdan keçib. Onun sözlərinə görə, bu, ATƏT regionunda, o cümlədən Azərbaycanla bağlı məsələlərin müzakirəsi üçün imkan yaradır: pizza sifarişi
"Adətən, bu görüşlərdə Qarabağdakı vəziyyət müzakirə olunur. Baş vermiş İkinci Qarabağ müharibəsi fonunda bu il də bunu gözləmək olar". (Trend)
Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 24-dən 26-dək onlayn formatda keçiriləcək.
Telegram kanalımız