Qarabağdan Qazaxla sərhədə köçürülən ermənilər oranı da tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdan Qazaxla sərhədə köçürülən ermənilər oranı da tərk etdi

Siyasət

22 Mart 2024 14:56 1052


Qarabağdan Ermənistana köçən, daha sonra Voskeparda (Əskipara - Qazaxın işğalda olan Yuxarı və Aşağı Əskipara ilə qonşu kənd) məskunlaşan iki ailə bu əraziləri də tərk edib.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, buna səbəb baş nazir Nikol Paşinyanın müharibə ilə bağlı verdiyi bəyanatdır.

Bu xəbəri Tavuş vilayətində “Voskepar icması”nın administrasiyasının rəhbəri İşxan Ağbalyan da təsdiqləyib. pizza

“Xəbər doğrudur, onlar başqa yerə köçüblər”, - deyə Ağbalyan qeyd edib.

İcra başçısı digər suallara cavab verməyib./Bizim.Media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!