Qax rayonunda bir ailənin 5 üzvü qidadan zəhərlənib.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Rayon sakinləri - 64 yaşlı Xanım Xəlilova, onun oğlu 40 yaşlı Məhəmməd Xəlilov və gəlini Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Sezar pizza
Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi bildirilib.
İlkin ehtimala görə, hadisəyə kəklikotunun içərisində zəhərli alaq otlarının da qəbul edilməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız