Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxardı 

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxardı 

Dünya

03 İyun 2024 13:42 404


Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb. 

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin parlament palatalarının spikerləri ilə görüşündə deyib. 

“Qazaxıstan müasir Əfqanıstanla ticari-iqtisadi əməkdaşlığın inkişafının vacibliyini və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək, talibləri terrorçu təşkilatlar siyahısından çıxarıb”, - o bildirib.  Marqarita pizza

Onun sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!