Qərb diplomatları Pezeşkiana şübhə ilə yanaşır - Mənbə

saytların hazırlanması

Evə çatdırılma

Qərb diplomatları Pezeşkiana şübhə ilə yanaşır - Mənbə

Dünya

08 İyul 2024 12:24 463


Tehrandakı Qərb diplomatları yeni prezident Məsud Pezeşkianın dövründə ölkələrinin İranla münasibətlərinin yaxşılaşacağına şübhə edirlər.

Yenisabah.az “The Financial Times”a istinadla xəbər verir ki, bu barədə  anonim mənbələe danışıb.

Onların fikrincə, İranda mənəvi lider Ayətullah Xamnəi və İslam İnqilabı Keşikçiləri Korpusuna ("Sepah") bağlı olan siyasi sistem Pezeşkiana ölkədə genişmiqyaslı daxili islahatlar aparmağa və xarici siyasət kursunu dəyişməyə imkan verməyəcək. pizza

“Biz Pezeşkiyanın sözlərini böyük maraqla dinləyirik, lakin sözlə əməl aşmır. Bizə hərəkətlər lazımdır”, - deyə Qərb diplomatlarından biri vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!