Qərb ehtiyat edir: Rusiya nüvə silahı tətbiq edə bilər - Professor

saytların hazırlanması

Evə çatdırılma

Qərb ehtiyat edir: Rusiya nüvə silahı tətbiq edə bilər - Professor

Dünya

24 Fevral 2022 20:25 6241


“Qərbin reaksiyası artıq görünür. Qərb ölkələri birləşib Rusiyaya qarşı eyni mövqedən çıxış etməlidir. Hazırda buna çalışırlar. Ukraynaya da dəstək verilir. Hazırda Ukrayna qapalı dövlət kimi çıxış edir. Artıq Rusiya hakimiyyətinin müxtəlif nümayəndələrinə, deputatlara qarşı sanksiyalar tətbiq edilir. Mümkündür ki, sabah prezident Putinə də sanksiya tətbiq olunsun. Hər halda Ukrayna şəxsən Putinə sanksiyalar tətbiqini tələb edir”.

Bunu Reyting.az-a professor Əli Abbasov deyib. Ə. Abbasov əlavə edib ki, Putinin Ukraynaya hücumundan sonra Avropada şok vəziyyət hiss olunur: “Qərbin imkanları var ki, sanksiyalar tətbiq etsin. Mümkündür ki, yaxın günlərdə Rusiya banklarının, rublun durumu çətinləşəcək. Hər halda Qərb elan edir ki, sanksiyalarla bağlı əvvəlcədən hazırlıq görülüb. Əgər Rusiya sabah görsə ki, Qərb ona danışıqlar təklif edir, deməli, ruslar udub. Yox, əgər bu baş verməsə ehtimal ki, uzunmüddətli müharibə olacaq”.

Professor ehtimal edir ki, bu prosesinin sonunun necə olacağını nə Vaşinqtonda, nə də Moskvada dəqiq bilmirlər: “Ümumiyyətlə bu yeni situasiyadır. Demək olar ki, Avropada müharibə gedir. Bu, II Dünya müharbəsindən sonra ilk haldır. Hələ bilinmir ki, bu Avropaya da sirayət edəcək ya, yox. pizza sifarişi

İkincisi, BMT Baş katibi hazırda Təhlükəsizlik Şurasına sədrlik edən rus nümayəndəsini istefa verməyə çağırıb. Yəni görünən budur ki, vəziyyət Rusiya nümayəndəsinin Təhlükəsizlik Şurasına sədrlik etməyə imkan vermir. Ehtimal edirəm ki, bu, BMT-nin aparıcı ölkələrinin ümumi rəyidir. Əlbəttə, ruslarda qorxu yoxdur, çünki nüvə silahı, atom bombası var. Qərbdə ehtimal edirlər ki, Kreml nüvə silahı da tətbiq edə bilər. Çünki yaşlı adamdır, dünyanı yaşayıb, üstəlik son zamanlarda da rus siyasətinin aqressivləşməsi bəlkə də Qərbi çəkindirir. Hər halda yeni vəziyyət yaranıb. Əslində isə burada ukrayna və rus xalqı ziyana düşür, özü də bir nəfərə görə”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!