Qərb Ermənistanı yeni toqquşmalara təhrik edir: Müharibə başlayır?

saytların hazırlanması

Evə çatdırılma

Qərb Ermənistanı yeni toqquşmalara təhrik edir: Müharibə başlayır?

Siyasət

05 Mart 2024 14:35 1324


Son günlər bir çox qərb dairələri Azərbaycanın guya Ermənistanla müharibəyə başlayacağı ilə bağlı xəbərlər tirajlayır. Onların fikrincə, Azərbaycan və Ermənistan arasında həllini tapmayan məsələlər müharibəyə zəmin yaradır. Fransa başda olmaqla, bir çox Avropa ölkəsi bu istiqamətdə Azərbaycana qarşı “qara piar” həyata keçirir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu sadəcə qərb dairələrinin hay-küyüdür: 

“Azərbaycan və Ermənistan arasında hansısa hərbi toqquşmanın olacağını düşünmürəm və bunun üçün hansısa ciddi bir əsas da yoxdur. Qərb dairələri ona görə hay-küy qaldırıblar ki, Ermənistana verdikləri və bundan sonra da verəcəkləri dəstəyi bir növ pərdələsinlər. Onların məqsədi məhz budur. Biz bunu daha əvvəl də görmüşdük. Ona görə də hansısa aktiv döyüş əməliyyatlarının olacağını gözləmirəm. Qərb sadəcə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün ciddi-cəhdlə çalışır və bu istiqamətdə Azərbaycanla müharibə olacağı ilə bağlı şaiyələr yayır. Ermənistan yaxşı başa düşür ki, onun Azərbaycan qarşısında hərbi baxımdan duruş gətirə biləcək gücü yoxdur. Burada bəzən Rusiya və İranın adı çəkilir. Amma nə olur-olsun, biz istənilən halda dəhliz və sərhəd delimitasiyası məsələsinin həllini tələb edəcəyik. Bu məsələlər mütləq həll olunmalıdır. Zəngəzur dəhlizi məsələsi uzun müddət davam edə bilməz. Ermənistan öz üzərinə götürdüyü bir çox öhdəlikləri hələ də yerinə yetirməyib. Amma bu dəfə Azərbaycan onu istənilən halda öhdəlikləri yerinə yetirməyə məcbur edəcək. Ancaq düşünmürəm ki, bu böyük bir toqquşma hesabına olacaq”.  Toyuqlu pizza

Ekspert qeyd edib ki, Ermənistan havadarlarının təhriki ilə təxribatlara davam edə bilər:

“Ermənistana havadarlıq edən qüvvələr tərəfindən vəziyyəti gərginləşdirmək üçün davamlı addımlar atılır. Buna görə də sərhəddəki təxribat bənzəri halların olması mümkündür. Görünən odur ki, Ermənistanı bəzi hallarda təxribatlara təhrik edirlər və bu onun üçün baha başa gəlir. 1 əsgərimizin yaralandığı sonuncu təxribat zamanı onlar hərbçi itirdilər. İstənilən formada Ermənistanın təxribatlarının cavabı bundan sonra da adekvat şəkildə veriləcək”.

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!