Qırğızıstanda prezident seçkilərinin nəticələri açıqlandı -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstanda prezident seçkilərinin nəticələri açıqlandı - Foto

Siyasət

16 Yanvar 2021 13:06 511


Qırğız Respublikasında keçirilən erkən prezident seçkilərində keçmiş baş nazir Sədir Japarov qalib gəlib.

Yenisabah.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrinin 100 faizinə aid məlumatlara əsasən, açıqladığı ilkin nəticələrə görə S.Japarov səslərin 79,23 faizini, yəni 1,1 milyonadək seçicinin səsini qazanıb. İkinci yerdə müxalifətdəki Bütün Qırğızıstan Partiyasının sədri Adaxan Mədümərov isə 95 min səs (6,5 faiz) toplayıb. (Report)

Qeyd edək ki, yanvarın 10-da keçirilən prezident seçkiləri və ölkənin idarəçilik formasına dair referendumda seçicilərin 40 faizi iştirak edib. Referendum iştirakçılarının 84 faizi prezident idarəçiliyinin, 11 faizə yaxını parlament sisteminin lehinə rəy bildirib. Marqarita pizza

Rəsmi nəticələrin yanvarın 24-dək açıqlanacağı bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!