Qırmızı Meydan əhatəyə alındı

saytların hazırlanması

Evə çatdırılma

Qırmızı Meydan əhatəyə alındı

Siyasət

23 Mart 2024 08:00 1472


Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva vilayətindəki terror aktından sonra Kremlin yerləşdiyi Qırmızı meydanı əhatəyə alıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, meydana bütün girişlər bağlanıb, orada post-patrul xidməti və xüsusi təyinatlı mobil dəstə (OMON) keşik çəkir. Dördpendirli pizza

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.

Rusiya Prezidenti “Krokus siti holl”a hücumla bağlı rusiyalılara müraciət etməyib. “RİA Novosti” müraciətin anonsunu versə də, sonradan elanı “texniki xəta” adlandırıb.//Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!