Qorbaçov Qarabağdan danışdı: “Hər iki tərəfin maraqları...”

saytların hazırlanması

Evə çatdırılma

Qorbaçov Qarabağdan danışdı: “Hər iki tərəfin maraqları...”

Siyasət

11 Yanvar 2021 11:56 1160


SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov Qarabağ münaqişəsinə toxunub.

Yenisabah.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, bu gün Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında keçiriləcək üçtərəfli görüş barədə gözləntilərini bölüşüb. 

“Ümid edirəm ki, Rusiya kömək edə biləcək. Amma əsas rol münaqişə tərəflərinin üzərinə düşür. Azərbaycan və Ermənistan münaqişənin həlli ilə bağlı danışıq aparmağı üzərlərinə götürüb. Nizamlanma hər iki tərəfin maraqları çərçivəsində, qalib və məğlub tərəf olmadan baş tutmalıdır”. Dördpendirli pizza

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin 10 noyabr üçtərəfli razılaşmasının bəndlərini reallaşdırmaq üçün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla Moskvada danışıqlar aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!